Anadolu ilə Kıbrıs su layihəsilə yenidən bir-birinə qovuşur

Baş nazir Əhməd Davudoğlu Türkiyə ilə Şimali Kipr Türk Respublikasının (Kuzey Kıprıs Türk Cumhuriyeti - KKTC) heç bir zaman ayrılmayacağını deyib.

355240
Anadolu ilə Kıbrıs su layihəsilə yenidən bir-birinə qovuşur

  Baş nazir KKTC Su Təminatı Layihəsinin Alaköprü və Geçitköy su anbarlarının açılış mərasimlərində çıxış edib: "Bu gün Anadolu ilə Şimali Kipr Türk Respublikası su kimi əziz layihə ilə yenidən bir-birinə qovuşur. Girneni Anadoluya bu dəfə su ilə bağlayırıq. Bütün dünyaya bağıraraq deyirik: Türkiyə ilə Kıprıs heç bir zaman ayrılmayacaq şəkildə bir-birinə kilidlənib".

  Türkiyənin adada sülh fikrinə qəti və səmimi bağlı olduğunu xatırladan Davudoğlu: "Türkiyə mövcud müzakirə prosesinin tezliklə ədalətli, əhatəli və qalıcı bir çözümlə nəticələnməsini səmimiyyətlə xahiş edir" deyib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr