Yalçın Akdoğanın terrora qarşı birlik çağırışı

Baş nazirin müavini Yalçın Akdoğan terrora qarşı birlik çağırışı edib.

392898
Yalçın Akdoğanın terrora qarşı birlik çağırışı

Baş nazirin müavini Yalçın Akdoğan terrora qarşı birlik çağırışı edib.
Terrordan siyasǝti dizayn etmǝk üçün istifadǝ edilmǝk istǝndiyini bildirǝn Akdoğan vurğulayıb ki, Cümhuriyyǝt tarixinin ǝn genişmiqyaslı terrorla mübarizǝ ǝmǝliyyatları hǝyata keçirilir. Qǝtiyyǝtli, dözümlü, hüquq qaydalarına uyğun millǝtin haqqını vǝ hüququnu qorumaq mǝqsǝdilǝ bir mübarizǝ aparılır.
Baş nazirin müavini Akdoğan Ankaranın Polatlı qǝsǝbǝsindǝki xǝstǝxananın açılış mǝrasimindǝ çıxış edǝrǝk deyib ki, Türkiyǝdǝki terror tǝşkilatlarının hamısını eyni qaranlıq güclǝr bǝslǝyir. Türkiyǝdǝ terrorun anası PKK-dır. DHKP-C-dǝn MLKP-yǝ qǝdǝr onların başında PKK gedir. Bunların hamısı eyni mǝqsǝdlidir. Hamısı vǝhşidir, ǝllǝri qanlıdır, insanlıq günahı işlǝyirlǝr. Bunlara qarşı hǝr kǝs bir mübarizǝ ortaya qoymalıdır. Bu, bir mǝmlǝkǝt mǝsǝlǝsidir, milli mǝsǝlǝdir. Burada hǝdǝf Türkiyǝdir.
Akdoğan noyabrın 1-dǝ keçirilǝcǝk parlament seçkilǝrindǝ 380 min tǝhlükǝsizlik qüvvǝsinin vǝzifǝdǝ olacağını bildirǝrǝk, tǝhlükǝsizlik mövzusunda heç kǝsin narahat olmamasını söylǝyib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr