2 hərbçi şəhid oldu

Diyarbakırda PKK terror qruplaşmasının növbəti hücumu

385900
 2 hərbçi şəhid oldu

PKK terror təşkilatı üzvlərinin silahlı hücumu nəticəsində bir zabit ilə çavuş şəhid olub. Diyarbakırın Silvan bölgəsində hərbçilər avtomobilə mindikləri zaman bir qrup PKK terrorçularının iri çaplı silahlarla hücumlarına məruz qalıb. Ağır yaralanan 2 əsgər Silvan Dövlət Xəstəxanasına çatdırılsalar da həyatlarını xilas etmək mümkün olmayıb. Terrorçuların saxlanılması üçün əməliyyatlar aparılır.
Digər tərəfdən, Mədəniyyət və Turizm naziri Yalçın Topçu, PKK terror təşkilatının artıq təhlükəsizlik qüvvələrinə tələ qurmaqla və minalarla şəhid etmə kimi xain üsullara əl atdığını vurğulayıb. Kürdlərlə heç bir problemin olmadığını ifadə edən Topçu “Bizim döyüşümüz PKK terror təşkilatının arxasında olan xarici qüvvələrdir” deyə bildirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr