Urmiyǝ Gölü, Van Gölünün suyu ilǝ yenidǝn canlanır

Dünyanın ən böyük ikinci Duz Gölü olan Urmiyǝ, 5 min 200 kvadrat kilometr sahəyə sahibdir.

350636
Urmiyǝ Gölü, Van Gölünün suyu ilǝ yenidǝn  canlanır

Urmiyǝ gölünü Canlandırma Komissiyasının katibi İsa Kǝlǝntǝri, 90% faizindǝn çoxu quruyan Urmiyǝ gölün yenidən canlanlandırılması üçün Van Gölündən su daşımağı planlaşdırdıqlarını bildirib.
İran xəbər agentliyi Tǝsnimǝ müsahibǝ verǝn Kǝlǝntǝri, Van Gölü və Urmiyǝ Gölünün su strukturlarının bir-biriylǝ uyğun olub olmadığına dair araşdırmalar aparılacağını, 3-4 ay davam etməsi gözlənilən araşdırmalardan sonra iki ölkə arasında texniki və siyasi müzakirələrin başlayacağını qeyd edib. Kǝlǝntǝrinin sözlǝrinǝ görǝ araşdırma mərhələsində olan layihǝ ilǝ bağlı aparılacaq ekologiya vǝ kimyəvi araşdırmaların müsbət nəticəlǝnmǝsi halında su transferinǝ başlanacaq.
Dünyanın ən böyük ikinci Duz Gölü olan Urmiyǝ, 5 min 200 kvadrat kilometr sahəyə sahibdir. Türkiyə sərhədinə yaxın olan Göl ilǝ Van Gölü arasındakı mǝsafǝ 147 kilometrdir. Ən dərin nöqtəsi təxminən 16 metr olan gölün 90% faizi quruyub. Tehran rəhbərliyi, gölü tǝxminǝn 10 ilǝ qǝdǝr keçmişdǝki vǝziyyǝtǝ gǝtirmǝk üçün 6 milyard dollarlıq layihǝsi hǝyata keçirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr