Türkiyə Böyük Millət Məclisi növbədənkənar iclas keçirir

İclasda 11 müstəqil nazirin andiçmə mərasimi olacaq

373935
Türkiyə Böyük Millət Məclisi növbədənkənar iclas keçirir

Bu gün Türkiyə Böyük Millət Məclisi növbədənkənar iclas keçirir. Ümumi iclasda müvəqqəti hökumətin 11 müstəqil nazirinin andiçmə mərasimi olacaq. Daha sonra İraq və Suriya ilə bağlı qərarnamənin müddətinin 1 il uzadılmasına dair müzakirələr aparılacaq. Ötən il qərarnamənin əleyhinə olan CHP bu il sənədi dəstəkləyəcək. MHP qərarnamənin leyhinə, HDP isə əleyhinə səs verəcək. Ümumi İclasın gündəmindəki digər mövzu Televiziya və Radio Şurasına üzvlük məsələsi olacaq.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr