B20 Türkiyə Konfransı sabah başlayacaq

İş dünyasını bir araya gətirən B20 Türkiyə Konfransı, 60 ölkədən mindən çox nümayəndənin iştirakı ilə sabah paytaxt Ankarada baş tutacaq.

342038
B20 Türkiyə Konfransı sabah başlayacaq

Türkiyə Otaqlar və Birjalar Birliyindən verilən yazılı bəyanatda bildirilib ki, üç gün davam edəcək konfransa Prezident Rəcəb Tayyib Ərdoğan, Baş Nazir Əhməd Davudoğlu və Baş nazir müavini Cevdet Yılmazın natiq olaraq qatılması gözlənilir.
Konfrans ərzində qlobal iqtisadiyyatda baş verən dalğalanmalar müzakirə ediləcək.

Konfrans çərçivəsində ümumdünyada KOBİ-lərə liderlik etmək üçün yaradılan KOBİ Forumunun təqdimatı və imza mərasimi keçiriləcək.
İclasda, Beynəlxalq Ticarət Palatasının baş katibi John Danilovich, Dünya Bankının Başçı müavini Klaus Tilmes və G20 Sherpas Gabriella Ramos da iştirak edəcək.

İclasda həmçinin Mərkəzi Bankın Başçısı Erdem Başçı, IMF Direktoru Christine Lagarde, Avstraliya Xəzinə naziri Joe Hockey ilə Fransa, Hindistan və Meksikanın mərkəz bankının başçıları qlobal iqtisadiyyatda baş verən dalğalanmaları qiymətləndirəcələr.

Qeyd edək ki, B20 Türkiyə başçıları Gülər Sabancı, Ali Koç, Hüsnü Özyeğin başda olmaq üzrə 100-ə yaxın natiqin iştirak edəcəyi iclaslarda qlobal iş dünyası ilə bağlı yeni bir yol xəritəsi müəyyənləşdiriləcək.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr