Anadolu Agentliyi 9-cu yayım dili olan farscada yayıma başladı

Birbaşa yayım hazırlıqları və neçə müddətdir test yayımı edən Fars Service texniki infrastrukturunu İran, Əfqanıstan və Tacikistan mediasına xidmət edəcək şəkildə qurub.

373044
Anadolu Agentliyi 9-cu yayım dili olan farscada yayıma başladı

  Fars dilində danışılan İran, Əfqanıstan və Tacikistan 1 sentyabr tarixindən etibarən Türkiyə, Yaxın Şərq, Avropa, Asiya və Amerika xəbərlərini AA-ın doğru və etibarlı xəbərlərindən təqibetmə imkanı əldə edəcək.

  AA mərkəzi Tehranda olan Fars Xəbər Bölgəsi də yaradaraq dünya siyasəti, iqtisadiyyatı, idman, turizm, sosial həyat, mədəniyyət və sənət sahələrindəki prosesləri fotoşəkilli və video görüntülərlə farsca danışan ölkələrə yetirəcək.

  Anadolu Agentliyinin fars dilində xəbərlərini http://www.aa.com.tr/fa ünvanındakı internet saytı vasitəsilə oxumaq, eyni zamanda, fotoşəkil və görüntülərə AA-nın Xəbər Axın Sistemi üzərindən abunə olmaq mümkündür.

  Xatırladaq ki, Anadolu Agentliyinin Türkiyə türkcəsi ilə yanaşı, ingiliscə, ərəbcə, bosniya-xorvatca, serbcə, rusca, kürdcə, fransızca və almanca yayımları var. AA 100-cü ildönümü olacaq 2020-ci ildə 11 dildə xəbər istehsalı etməyi hədəfləyir.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr