Türkiyə humanitar yardım sahəsində 4-cü yerdədir
Ölkə bu sahəyə ümumi olaraq 5,6 milyard dollar xərcləyib
Türkiyə humanitar yardım sahəsində 4-cü yerdədir. Ölkə, bir çox dövlət və qeyri-hökumət təşkilatları ilə zəlzələ, sel, və epidemiyalar yayılan ölkələrə etdiyi yardımlarla, 40-dan çox ölkəyə sevinc bəxş edib. Türkiyəyə gələn suriyalılar isə, qurulan 25 Müvəqqəti Sığınma Mərkəzində yaşayır və onların ehtiyacları qarşılanır. Ölkə bu sahəyə ümumi olaraq 5,6 milyard dollar xərcləyib.
Türkiyənin Qırmızı Aypara Cəmiyyəti, 10 il ərzində təxminən 1 milyard 47 milyon dollar beynəlxalq yardım edib.
Bundan başqa Qırmızı Aypara Cəmiyyəti, AFAD və TİKA tərəfindən, Suriya, Fələstin, Nepal, İraq, Ukrayna, Somali, Tayland, Mərkəzi Afrika Respublikası, Banqladeş, Qəzza, Nigeriya, Pakistan, Filippin, Əfqanıstan, Çernoqoriya, Kosava, Bosniya və Herseqovina, Hindistan, Mali, Malayziya, Mozambik, Myanma, Şimali Koreya, Krım kimi bir çox ölkəyə kömək göstərilib. Bununla yanaşı İnsan Haqq və Azadlıqları Humanitar Yardım Vəqfi (İHH) Suriya, Fələstin, Misir, Livan, Yəmən, Somali, Efiopiya, Banqladeş, Şri Lanka, Suriya, Əfqanıstan, Azərbaycan, Albaniya, Bosniya və Herseqovina, Çeçenistan, Eritreya, Qambiya, Qana, Hindistan, İraq, İran, Keniya, Krım, Kosovo, Moro, Nepal, Patani, Syerra Leon, Tacikistan, Tunis, Zimbabve, Livan və Nepal kimi bir çox ölkəyə yardım edib.
Әlaqәli Xәbәrlәr

Türkiyədə "Covid-19"la bağlı son vəziyyət (24 fevral)
Türkiyədə yeni tip korona virusundan (Covid-19) fevralın 24-də 72 nəfər dünyasını dəyişib.