215 qaçaq immiqrant tutuldu

Qeyri-qanuni yollarla Yunanıstanın Midilli adasına getmək istəyən qaçaq immiqrantlar Ege dənizində tutulub.

369688
215 qaçaq immiqrant tutuldu

  Türkiyə Sahil Təhlükəsizlik Xidməti Çanaqqalanın Ayvacık qəsəbəsinə bağlı Badamlı, Sivrice və Kadırgaburnu sahillərindən dənizə açılan 4 botda (rezin qayıqda) qaçaqların olduğunu təyin edib.

  Əməliyyat zamanı Əfqanıstan, İraq və Suriyadan olan 215 adam tutulub.

  Küçükkuyuda sahilə çıxarılan qaçaq immiqrantlar Ayvacıkdakı Xariciləri Geri Göndərmə Mərkəzinə gətirilib.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr