Çanaqqala və Edirnədə daha 362 qaçaq immiqrant saxlanılıb
Çanaqqalanın Ayvacık sahillərində qeyri-qanuni yollardan Yunanıstanın Midilli adasına getməyə çalışan Suriya və Əfqanıstan vətəndası 327 immiqrant Sahil təhlükəsizlik dəstələri tərəfindən saxlanılıb.
330193
Edirnənin Keşan qəsəbəsində də qeyri-qanuni yollardan xaricə getməyə çalışan 35 Əfqanıstanlı tutulub.
Keşan-Gelibolu istiqamətində patrul vəzifəsi icra edən polis əməkdaşları şüpəli mikroavtobusu saxlayıb. Avtomobildə aparılan axtarışlar nəticəsində 5-i uşaq, 8-i də qadın olmaqla 35 Əfqanıstan vətəndaşı immiqrant saxlanılıb.
Qeyd edək ki, immiqrantlar deportasiya edilmək üzrə Polis idarəsinin xaricilər şöbəsinə təhvil veriliblər.