Türkiyə yenidən seçkilərə gedir

Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sədri və Baş nazir Əhməd Davudoğlu Cümhuriyyət Xalq Partiyası (CHP) ilə koalisiya hökuməti yaratmaq üçün ortaq bir zəmin olmadığını söyləyib.

326540
Türkiyə yenidən seçkilərə gedir

  Davudoğlu CHP sədri Kamal Kılıçdaroğlu ilə hökumətqurma prosesi çərçivəsində 3-cü görüşündən sonra etdiyi şərhdə CHP-nin "davamlı bir islahat hökuməti" təklifi irəli sürdüyünü, başda xarici siyasət və təhsil sahələri olmaqla dərin fikir ayrılıqları olduğunu bildirib və deyib: “Yenidən milli iradəyə müraciət etmək artıq tək ehtimal halına gəldi”.

  CHP sədri Kamal Kılıçdaroğlu isə deyib: "Bizə koalisiya təklifi ilə deyil, qısa davamlı seçki hökuməti və ya azlıq hökumətinə dəstək olunması təklifi ilə gəlindi".

  Koalisiya danışıqları prosesini baş idarəsindən təqib edən MHP sədri Dövlət Bahçeli də öz nöbvəsində CHP ilə AK Partiya arasında koalisiya hökuməti qurulmaması məsələsini müzakirə etmək üçün qərargahında partiya heyətiylə bir araya gəlib.

  Baş nazir Əhməd Davudoğlu bu dəfə MHP lideri Dövlət Bahçelini görüşə dəvət edib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr