Türkiyə terrorla mübarizəsini Avropaya açıqlayır

Türkiyənin Avropa İttifaqı üzrə naziri və Baş müşaviri Volkan Bozkır Avropadan terror təşkilatları arasında ayrı-seçkilik salınmamasını istəyib.

326609
Türkiyə terrorla mübarizəsini Avropaya açıqlayır

  Avstriyadan sonra Almaniyada səfərdə olan Volkan Bozkır son olaraq Almaniya Federativ Məclisinin Xarici İşlər üzrə Komissiya sədri Norbert Röttgen ilə görüşüb.

  Görüşdən sonra şərh verən Bozkır Türkiyənin terrora qarşı apardığı mübarizədən bəhs edərək avropalı həmkarlarına terror təşkilatları DAEŞ, DHKP-C və PKK arasında heç bir ayrı-seçkilik salmamağı məsləhət gördüyünü bildirib və deyib: “Almaniya və qərb ictimaiyyətindən gözlədiyimiz bu terror təşkilatları arasında ayrı-seçkilik salmamalarıdır. Bu işi yalnız terrorla mübarizə kimi düşünməli, qəbul etməli və Türkiyəyə də bu şəkildə dəstək verməlidirlər”.

  Almaniya ilə Türkiyənin dost ölkə olduğunu bir daha diqqətə çatdıran Bozkır görüşlərin səmərəli keçdiyini bildirib.

  Türkiyənin Avropa İttifaqı üzrə naziri və Baş müşaviri Volkan Bozkır Türkiyənin terrorla mübarizəsində Avropanın dəstəyini almaq üçün başladığı dövrəyə İngiltərə ilə davam edəcək.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr