AK Partiya və CHP-nin ikinci birgə koalisiya danışıqları

Hökumətqurma prosesi çərçivəsində AK Partiya ilə CHP heyətləri arasında keçirilən danışıqların ikinci mərhələsi tamamlanıb.

305792
AK Partiya və CHP-nin ikinci birgə koalisiya danışıqları

  Müzakirələrdə demokratikləşmə, yeni konstitusiya, siyasi partiyalar qanunu və təməl azadlıqlar mövzularından danışılıb.

  AK Partiyanın Ankara üzrə Millət vəkili Mücahid Arslan və CHP sədr köməkçisi Bülent Tezcan heyətlərə qatılan yeni adlar olub.

  Mədəniyyət və Turizm naziri Ömər Çelik görüşdən sonra bildirdiyi şərhdə görüş haqqında belə deyib: "Səmərəli bir yığıncaq oldu, bütün mövzular müzakirə edildi".

  CHP sədr köməkçisi Haluk Koç da öz növbəsində: "Razılaşdığımız və çox təbiidir ki, uzlaşa bilmədiyimiz məqamlar oldu. Bu çərçivədə görüşlər davam edəcək" deyə fikrini bildirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr