Әrdoğan ilә bölgә liderlәri arasında telefon danışığı

Prezident Rəcəb Tayyib Ərdoğan ilә Fransa prezidenti, Qәtәr  əmiri və Səudiyyə Ərəbistanı kralı arasında telefon danışığı olub.

304231
Әrdoğan ilә  bölgә liderlәri arasında  telefon danışığı

Prezidentin mәtbuat xidmәtindәn verilәn açıqlamada, Ərdoğan telefon danışıqlarında son günlәrdә törәdilәn terror hücumları və DEAŞ-a qarşı mübarizә çәrçivәsindә başladılan əməliyyatlar haqqında liderlәrә məlumat verib.
Fransa prezidenti Fransua Hollande, Qәtәr  Əmri Şeyx Tamim bin Hamed Әl Sani və Səudiyyə Ərəbistanı Kralı Səlman bin Abdulaziz Al Suudun Türkiyəyə dəstəklərini bildirdiklәri danışıqlarda, Suriyadakı xaosun Türkiyənin milli təhlükəsizliyini təhdid etdiyini ifadә edәn Әrdoğan, DEAŞ və PKK da daxil, terrorun hər növünә qarşı mübarizə mövzusunda qərarlı olduqlarını vurğulayıb.
Mәlumata әsasәn liderlәr, cәnab prezidentә şəhid olan əsgər və polislər üçün başsağlığı veriblәr.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr