Camerondan Türkiyəyə dəstək

Baş nazir Əhməd Davudoğlu ilә İngiltərə Baş naziri David Cameron arasında telefon danışığı olub.

385000
Camerondan Türkiyəyə dəstək

Hәr iki ölkәnin Nazirliyindәn verilәn açıqlamaya görә, Davudoğlu görüş zamanı Suriyadakı qarşıdurmaların Türkiyənin milli təhlükəsizliyi üçün yaratdığı tәhdid və bu çərçivədə DEAŞ ilә PKK kimi terror təşkilatlarına qarşı edilәn mübarizә haqda mәlumat verib. Suriyada ligitimliyi xalq tərəfindən sorgulanmayacak bir keçid hökuməti formalaşdırılana dәk, terror təşkilatlarına qarşı mübarizənin çətin olacağını, bu mövzuda müttəfiqlərin dəstəyinə zәrfurәt duyulacağını bildirib.
İngiltərə Baş naziri Cameron da Türkiyənin terrora qarşı mübarizəsinә ölkəsinin güclü dәstәk verdiyini, Suriyadakı qarşıdurmaların sona çatdırılması və DEAŞ-a qarşı mübarizə çәrçivәsindә atılan addımlara dәstәklәrinin indәn sonra da davam edəcəyini vurğulayıb, terror aktlarında şəhid edilən təhlükəsizlik qüvvәlәri və həyatını itirən dinc sakinlәr üçün başsağlığı verib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr