Türkiyəyə təhdid sürdükcə əməliyyatlar da davam edəcək

İkinci Dalğa Hava Əməliyyatını dəyərləndirən Baş nazir Əhməd Davudoğlu terrorla mübarizə ilə bağlı əməliyyatların davam edəcəyini bildirib.

347272
Türkiyəyə təhdid sürdükcə əməliyyatlar da davam edəcək

  DEAŞ və PKK-ya istiqamətli müvəffəqiyyətli əməliyyat reallaşdırıldığını söyləyən Davudoğlu: "Türkiyəyə təhdid sürdükcə əməliyyatlar davam edəcək” deyib.

  Ölkə daxilində başlanılan DEAŞ, PKK və DHKP/C əlaqəli əməliyyatlara da toxunan Baş nazir "Bu zamana qədər 590 terror təşkilatıyla əlaqəli potensial təhdid edən ünsürlər nəzarətə alınıb" deyə diqqətə çatdırıb.

  "Ortaq bəyannamə" çağırışını təkrar edən Əhməd Davudoğlu Məclisi təcili toplamaqla bağlı CHP-nin çağırışına səs verib: "Bəlkə çərşənbə günü bir araya gəldik və son əməliyyatlarla əlaqədar məlumatlandırma imkanı da tapdıq".

  Baş nazir həll prosesi ilə əlaqədar: "Prosesin davamıyla bağlı güzəşt yoxdur. Həmsöhbətimiz dəyişə bilər, amma hədəfimiz dəyişməz" deyib.

  Polislərin şəhid edilməsi hadisəsini qınamaqdan çəkinən HDP-yə də sərt reaksiya göstərən Davudoğlu: "Artıq qərar zamanıdır: silah, demokratiya, şiddət, ya sülh?" deyə soruşub.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr