Türkiyənin DEAŞ-a qarşı əməliyyatını dünya təqib edir

ABŞ Dövlət katibi Con Keri (John Kerry) Nyu York Xarici Əlaqələr Şurasında etdiyi çıxışında məqsədlərinin DEAŞ-ı məğlub etmək olduğunu söyləyib:

384928
  Türkiyənin DEAŞ-a qarşı əməliyyatını dünya təqib edir

  "Bununçün Suriyadakı dinamikanı dəyişdirmək məcburiyyətindəyik. Son həftələr bu məsələni Türkiyə ilə müzakirə etdik. Hal-hazırda türkiyəlilərin etmək istədiklərində bəzi dəyişikliklər görürük. Bölgədə məşğul olduğumuz bəzi məsələlərdə də dəyişikliklər oldu".

  Daha sonra Keri Rusiya Xarici İşlər naziri Lavrovla Qətərin paytaxtı Dohada yaxında görüşəcəklərini və bu görüşdə Suriya və İranla bağlı danışacaqlarını deyib.

  Türkiyənin DEAŞ-a qarşı başladığı əməliyyata Almaniya Müdafiə naziri Ursula Von Der Leyen də münasibət bildirib, bölgədəki dövlətlərin DEAŞ terroruna qarşı hərəkətə keçməsini əhəmiyyətli addım kimi dəyərləndirərək "Bu mübarizə çox ciddi və bizi uzun müddət məşğul edəcək bir problemdir" deyib.

  İordaniya İnformasiya naziri və hökumət sözçüsü Məhəmməd Əl-Momeni də "İordaniya insanlığa zərər vermə mövzusunda sərhəd tanımayan terrora qarşı döyüşdə Türkiyənin atdığı addımı və beynəlxalq hər cür səyi məmnuniyyətlə qarşılayır" şərhiylə əməliyyata dəstək verib.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr