İstanbulda terrora qarşı geniş əməliyyat

İstanbulda 5 min polisin iştirakı ilə hava dəstəkli əməliyyat təşkil edildi

384707
İstanbulda terrora qarşı  geniş əməliyyat

İstanbulda terrora qarşı  geniş əməliyyat 

İstanbulda 5 min polisin iştirakı ilə DAEŞ, PKK, DHKP / C və PKK-nın gənclik quruluşu YDG / H-yǝ qarşı  hava dəstəkli əməliyyat təşkil edilir.

İstanbul Təhlükəsizlik Müdirliyi, Terrorla Mübarizə Şöbə Müdirliyinin Bağçılar, Küçükçekmece, Başakşehir, Eyüp, Sultangazi, Gaziosmanpaşa, Sarıyer, Kağıthane və Beyoğlu başda olmaq üzrə 26 mahalda təşkil etdiyi əməliyyatda təxminən 5 min heyǝt vəzifə alır.

Edirne və Bursa kimi ətraf şǝhǝrlǝrdǝn gələn xüsusi hərəkat və çevik qüvvət polisləri dǝstǝyi ilǝ təşkil edilən əməliyyatda 140 ünvana basqın təşkil edildi.

Şəhər daxilində davam edən əməliyyatda , çox sayda terror təşkilatına mənsub şübhəlinin nəzarətə alındığı və ünvanlarda axtarışlar edildiyi öyrənildi.

Əməliyyat daxilində Bağcılarda polislə qarşıdurmada DHKP / C üzvü bir qadın öldürüldü.

Əməliyyat davam edir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr