Mistura Suriyaya görə ikinci dəfə Türkiyəyə gəlməyə hazırlaşır

Birləşmiş Millətlər Təşkilatının Suriya üzrə xüsusi nümayəndəsi Stefan (Staffan) de Mistura Cenevrə- Suriya danışıqları çərçivəsində ikinci dəfə Türkiyəyə gələcək.

378663
Mistura Suriyaya görə ikinci dəfə Türkiyəyə gəlməyə hazırlaşır

  BMT-nin Cenevrə Ofisinin sözçüsü Əhməd Fevzi Suriya danışıqlarının davam etdiyini və Misturanın İstanbula təkrar gedəcəyini söyləyib.

  Əhməd Fevzi Suriya danışıqları çərçivəsində Misturanın həm də Pekin və Moskvaya səfər edəcəyini bildirib.

  Xatırladaq ki, Mistura birinci səfərində suriyalı müxaliflərin dəvətilə iyun ayında İstanbula gedərək Suriya Müxalifət və İnqilabçı Güclər Milli Koalisiyası (SMDK) nümayəndələrilə bir araya gəlmişdi. Bu ayın əvvəlində isə Müxalifət Koalisiyasının sədri Xalid Hoca və onu müşayiət edən heyət Cenevreyə gedərək BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Mistura ilə görüşmüşdü.

  Danışıqlar başa çatdıqdan sonra Mistura BMT-nin Baş katibi Ban Ki Muna hesabat təqdim edəcək.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr