Anadolu İnformasiya Agentliyinin müxbiri yaralanıb

Әsǝd rejiminǝ sadiq qüvvǝlǝrin raket hücumlarında Anadolu İnformasiya Agentliyinin müxbiri yaralanıb.

335519
Anadolu İnformasiya Agentliyinin müxbiri yaralanıb

Әsǝd rejiminǝ sadiq qüvvǝlǝrin raket hücumlarında Anadolu İnformasiya Agentliyinin müxbiri yaralanıb.
Suriyanın Hǝlǝb şǝhǝrindǝ toqquşmaları izlǝyǝn agǝntliyin müxbiri Saleh Leyla yaxınlığındakı bir mǝntǝqǝyǝ Әsǝdǝ sadiq qüvvǝlǝrin tǝşkil etdiyi raket hücumunda yaralanıb.
Partlayış zamanı müxbirin üzündǝn vǝ ǝlindǝn xǝsarǝt aldığı bildirilib. Salehin yanında sǝrbǝst jurnalist kimi işlǝyǝn media fǝalı  Әbdülkǝrim Leyla da müxtǝlif yerlǝrindǝn yüngül yaralanıb.
Sǝhra xǝstǝxanasına yerlǝşdirilǝn iki jurnalistin vǝziyyǝtinin dǝ yaxşı olduğu bildirilib.
Yaralıların müalicǝlǝrinin Türkiyǝdǝ davam etdirilmǝsi üçün hazırlıqların davam etdiyi açıqlanıb.
Qeyd edǝk ki, Hǝlǝbdǝ keçǝn hǝftǝ müxaliflǝrin şǝhǝr mǝrkǝzindǝ rejim qüvvǝlǝrinǝ qarşı başlatdığı hücumdan sonra toqquşmalar şiddǝtlǝnmişdi.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr