Antalyada təbiətin mühafizəsi dərsləri

Antalya Beynəlxalq Wildfires Təhsil Mərkəzində 2 il ərzində 108-i əcnəbi olmaqla 2 min 86 nəfər tədris alıb. 

334187
Antalyada təbiətin mühafizəsi dərsləri

ABŞ və Fransadan sonra Antalyada açılan mərkəzdə meşə yanğınlarının qarşısının alınması, belə durumlara qarşı mübarizə tədbirləri, yanan sahələrin reabilitasiyası işlərində çalışacaq insanlara peşə yönümü, texniki işçi, meşə mühafizə məmuru səviyyəsində dərslər tədris olunur. 

Antalya Meşə Regionu direktoru Mustafa Türk il ərzində davam edən tədrisin nəzəri və praktik olaraq həyata keçirildiyini deyib.
Beynəlxalq səviyyədə bir çox ölkələrlə qarşılıqlı əməkdaşlıq çərçivəsində yığıncaq və təlimlərin keçirilməsi, yanğınlarla əlaqədar təcrübə və texnologiyaların mənimsənilməsi kimi məsələləri təmin edəcək işlərin reallaşdırıldığına diqqəti çəkən Mustafa Türk bugünə qədər Bosniya Hersoqovinadan olan 36 nəfərlik heyətə təhsil verildiyini, ötən il Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı üzvü olan 14 ölkədən 50 nəfərin iştirakı ilə reallaşan "Cənubi Qafqaz və Balkanlar Regional Yanğın Rəhbərliyi" təhsilinə ev sahibliyi etdiklərini bildirib. O, həmçinin Səudiyyə Ərəbistanı və Orta Şərq ölkələrindən də təhsil üçün gələnlərin olduğunu vurğulayıb.
Mərkəzdə təhsil almaq üçün Cənubi Koreyanın Gyeongsangbuk-Do əyalətindən 22 nəfərlik heyət də Antalyaya gəlib.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr