Avropaya köç etmək istəyən Yezidilərə qadağa

İraqdakı qarışıqlıq səbəbindən ölkələrindən qaçan təxminən 250 yezidi Türkiyənin Ədirnə şəhərindən Avropaya keçməyə cəhd göstərib.

322908
Avropaya  köç etmək istəyən  Yezidilərə qadağa

Kapıkule sərhəddinin 5 kilometrliyində saxlanılan köçkünləri polis mehmanxanaya yerləşdirilmək istəyib. Lakin köçkünlər bunu qəbul etməyib və Avropaya getmək istədiklərini bildiriblər.
Qeyd edək ki, mühacirlərin pasportları olmadığı üçün Mardinin Nusaybin qəsəbəsində yerləşən düşərgəyə göndəriliblər.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr