Anadolu Qartalı təlimləri keçirilib

Anadolu Qartalı 2015/1 çərçivəsində keçirilən təlimlərin seçmə və müşahidə turu Konyadakı 3-cü reaktor təyyarə bazası komandanlığında keçirilib.

308606
Anadolu Qartalı təlimləri keçirilib

Təlim proqramı ssenariyə uyğun olaraq təyyarələrin havaya qalxması ilə başlayıb. Hava qüvvələri komandiri general Akın Öztürk təyyarələrin manevrini brifinq otağından canlı olaraq izləyib.
İlk dəfə olaraq 2001-ci ildə həyata keçirilən təlimlər hər il milli və beynəlxalq miqyasda Anadolu Qartalı Təhsil Mərkəzində yerinə yetirilir.
Bu ilki təlimlərə NATO, ABŞ, Almaniya, İngiltərə, İspaniya və Pakistandan 104 təyyarə və təxminən min 500 nəfərlik heyət qatılıb.
İyunun 8-də başlayan Anadolu Qartalı 2015/1 Təlimləri İyunun 19-da yekunlaşacaq. Qeyd edək ki, təlimlər çərçivəsində keçirilən "Hava fotoqrafı günləri" ndə 20 ölkədən təxminən 500 fotoqraf təyyarələrin manevrlərini lentə alır. Xatırladaq ki, Anadolu Qartalı Təhsil Mərkəzi dünyada yüksək səviyyədə təhsil verən 3 mərkəzdən biridir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr