DEAŞ-a qatılmaq istəyən rus qız və 4 nəfər

Terror təşkilatı DEAŞ-a qatılmaq üçün Suriyaya keçmək istəyən Rusiya vətəndaşı Varvara Karaulova Kilisdə tutulub.

302008
DEAŞ-a qatılmaq istəyən rus qız və 4 nəfər

  Ailəsi Varvara Karaulovanın evə gəlmədiyini görüncə onun DEAŞ-a qatılacağından narahatlıq duyaraq polisə müraciət ediblər. Gənc qızın telefon siqnalları təqibə alınıb. Telefonu Türkiyə-Suriya sərhədində müəyyən olunub və qaçaq yollarla sərhədi keçməyə çalışarkən tutulub.

  Varvara Karaulova deportasiya edilmək üçün əvvəl Diyarbakır, sonra İstanbula göndərilib.

  Qeyd edək ki, Qaziantepdə də Suriyadakı qarşıdurma bölgəsinə keçmək istəyən 4 xarici vətəndaş saxlanılıb. Qaçaqlar deportasiya edilmək üzrə Xarici Vətəndaşlar Şöbəsinə göndərilib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr