Dünya tarixinin axınını dəyişdirən fəth

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan İstanbulun fəthinin ildönümü münasibətilə xalqı təbrik deyərək deyib: “İstanbulun fəthi, siyasi, ictimai və mədəni nəticələri dünya tarixinin axınını dəyişdirən, millətimizin ən möhtəşəm zəfərlərindən biridir."

297396
Dünya tarixinin axınını dəyişdirən fəth

  Fateh Sultan Mehmetin tolerantlıq və ədalətə söykənən idarəetmə sisteminin tarixə düşdüyünə diqqət çəkən Ərdoğan “Bir böyük şəhərdə fərqli inanc və mədəniyyətlər bir arada yaşayıb, bir məkana sığıb” deyib.

  “İstanbul təbiəti, tarixi və mədəni varlıqlarıyla dünyanın nadir şəhərləri arasındadır” deyən R.T.Ərdoğan "Fateh Sultan Mehmet və qəhrəman əsgərlərinin bizə əmanət qoyduğu İstanbul ölkəmizin iş, maliyyə, ticarət, sənət və mədəniyyət mərkəzi olaraq indiki vaxtda də inkişafını davam etdirməkdə, dünyanın ən görkəmli şəhərlərindən biri olmaqdadır" deyib.

  Dövlət başçısı "İstanbulun fəthinin ildönümündə Fateh Sultan Mehmet və şanlı ordusunu rəhmətlə və minnətlə yad edir, bütün vətəndaşlarımızı ən içdən gələn duyğularımla salamlayıram" sözlərilə sona yetirib.

Türkiyə Bayük Millət Məclisi sədri Cəmil Çiçək də yayımladığı açıqlamada İstanbulun dünyanın ən qədim şəhərlərindən biri olduğunu xatırladaraq deyib ki, İstanbul yazdığımız tarixin ən əziz xatirəsidir. Bu xatirənin ən böyük adı Fateh Sultan Mehmetdir. Bu gözəl şəhərimizi sahib olduğu maddi və mənəvi dəyərləri ilə birlikdə haq etdiyi yerə yerləşdirmək dövlət və ictimaiyyət olaraq ortaq vəzifəmizdir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr