Türkiyənin ən böyük muzeyi ziyarәtә açılıb
Prezident Rәcәb Tayyıb Әrdoğan Şanlıurfada olub.

Türkiyәnin әn böyük muzeyi, Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak etdiyi mәrasimlә Şanlıurfada ziyarәtә açılıb.
36 min kvadrat metr әrazi üzәrindә yerlәşәn Haleplibahçә Mozaika Muzeyi və Şanlıurfa Arxeologiya Muzeyində, şәhәrin ətrafında aparılan qazıntılar zamanı gün işığına çıxarılan əsərlər nümayiş etdirilir.
Yalnız Şanlıurfada görülə biləcək, bir çox әsәrә ev sahibliyi edәn muzeydə Antik dövrlәr vә Osmanlının son illәrinә mәxsus әsәrlәr nümayiş etdirilir.
Açılış mәrasimindә etdiyi çıxışında Muzeyin Şanlıurfanın turizm sektoruna töhvә verәcәyinә inandığını ifadә edәn Prezident Rәcәb Tayyıb Әrdoğan daha sonra Muzeyin bir hissәsini gəzib. Həzrəti İbrahimin atəşə atılmasını mövzu götürәn video çarxı izlәyib.
Açılışı reallaşdırılan muzeydə, daha әvvәl oğurlanaraq xaricә aparılan ancaq 2012-ci ildə Dallas Müzeyindәn geri alınaraq Türkiyәyә gәtirilәn Edessa mozaikalarının ən məşhuru Orfeus mozaikası da sərgilənir.
Әlaqәli Xәbәrlәr

Türkiyədə "Covid-19"la bağlı son vəziyyət (18 yanvar)
Türkiyənin yeni növ koronavirus ilə mübarizəsində son 24 saatda 164 ölüm faktı qeydə alınıb.