Cənub-Şərqi Avropa Ölkələri Parlament Assambleyası keçirilib
Cəmil Çiçək:Balkanlarda daimi təhlükəsizlik, sabitlik, sülh və әmi-amanlıq mühitinin yaradılması ortaq vəzifəmizdir".

Cənub-Şərqi Avropa Ölkələri Əməkdaşlıq Prosesi Parlament Assambleyasının 2-ci Baş Assambleyası Albaniyanın paytaxtı Tiranada keçirilib.
Toplantıda Türkiyəni tәmsil edәn Məclis sәdri Cəmil Çiçək etdiyi çıxışında
"Hər sahədə böyük potensial sahib olan Balkanlarda daimi təhlükəsizlik, sabitlik, sülh və әmi-amanlıq mühitinin yaradılması ortaq vəzifəmizdir" deyib.
Çiçək, üzv ölkələr arasındakı əməkdaşlıq və həmrəyliyin irәli pillәlәrә qaldırılmasının vacib olduğunu da sözlәrinә әlavә edib.
Asambleyanın daimi Katibliyinin yaradılması mövzusunun da müzakirә edildiyi yığıncaqda, İstanbul və Sofyanın namizəd olduğu Katibliyin formalaşdırılmasını nәzәrdә tutan qәrar qәbul edilibi.
Әlaqәli Xәbәrlәr

Türkiyə və Yunanıstan arasında tədqiqat məqsədli danışıqlar keçirilib
Türkiyə və Yunanıstan arasında tədqiqat məqsədli danışıqların 61-ci mərhələsi baş tutub.