İbrahim Kalın: "Yalnız Misiri deyil, bütün Yaxın Şərqi xaosa sür

Misirin keçmiş prezidenti Məhəmməd Mursinin edama məhkum edilməsi ilə bağlı etirazlar davam edir

279767
İbrahim Kalın: "Yalnız Misiri deyil, bütün Yaxın Şərqi xaosa sür

Prezident sözçüsü İbrahim Kalın, Misir rəhbərliyinə və beynəlxalq ictimaiyyətə müraciət edərək, edam cəzalarının dərhal ləğv edilməsinin vacib olduğunu bildirib. Edam cəzalarının əslində seçkidə iştirak edən Misir xalqına verilmiş bir cəza olduğunu ifadə edən Kalın, cəzaların ləğvi üçün beynəlxalq mexanizmləri nəzərdən keçirdiklərini qeyd edib. Səudiyyə Ərəbistanı və digər Körfəz ölkələriylə məsləhətləşmələrə davam etdiyini ifadə edən Kalın “BMT-nin İnsan Hüquqları üzrə Komissiyası başda olmaqla lazımlı adımları atmağı planlaşdırırıq. Çünki bu mövzu yalnız bir neçə ölkəyə aid deyil, qlobal xüsusiyyətə malik bir məsələdir. Çünki bu edam cəzalarının həyata keçirilməsi, yalnız Misiri deyil, bütün Yaxın Şərqi xaosa sürükləyəcək” deyə vurğulayıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr