"Gazprom" "Türk axını" tikintisini başladacaq

“Türk axını” boru kǝmǝrinin açıq dǝnizdǝ qalan hissǝsinin tikinti işlǝrinin başladılması qǝrara alınıb.

268059
"Gazprom" "Türk axını" tikintisini başladacaq

Şirkǝtin rǝhbǝri Aleksey Miller, Rusiyanın “Rossiya 24” televiziyasında yayımlanan müsahibǝsindǝ deyib ki, “Türk axını” boru kǝmǝrinin açıq dǝnizdǝ qalan hissǝsinin tikinti işlǝrini başlatmağı qǝrara aldıq.
Türkiyǝnin rǝsmi mǝnbǝlǝri isǝ tikintisinǝ başlanacaq kǝmǝrin “Türk axını” sistemini tǝşkil edǝcǝk dörd boru kǝmǝrindǝn sadǝcǝ biri olduğunu bildiriblǝr. Qaynaqlar hǝmin kǝmǝrin “Türk axını” çǝrçivǝsindǝ Avropaya daşınması planlaşdırılan 47 milyard kubmǝtrlik hissǝsini ǝhatǝ etmǝdiyini, sadǝcǝ Türkiyǝnin layihǝ daxilindǝ alması nǝzǝrdǝ tutulan 16 milyard kubmetrlik qazı ölkǝyǝ daşıyacaq tǝk bir kǝmǝr olduğunu ifadǝ edir.
Qeyd edǝk ki, 2014-cü il dekabrın 1-dǝ Rusiya prezidenti Vladimir Putinin sǝfǝri zamanı “Gazprom” vǝ “BOTAŞ” Rusiyadan Türkiyǝyǝ Qara dǝniz üzǝrindǝn illik 63 milyard kubmetr Rusiya qazını daşıyacaq kǝmǝrin tikintisi barǝdǝ razılıq ǝldǝ etmişdi. Putin Ankaraya sǝfǝrindǝ Avropa İttifaqının etiraz etdiyi “Cǝnub axını” layihǝsini lǝğv etdiyini açıqlamışdı. Uzunluğu 1100 km olaraq planlaşdırılan kǝmǝr Türkiyǝ-Yunanıstan sǝrhǝddinǝ 47 milyard kubmetr tǝbii qaz daşıyacaq.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr