TBMM-də 23 Aprel qəbulu

Türkiyə Böyük Millət Məclisi açılışının 95-ci illiyində 23 Aprel ziyafəti təşkil edib.

247847
TBMM-də 23 Aprel qəbulu

Türkiyə Böyük Millət Məclisi açılışının 95-ci illiyində 23 Aprel ziyafəti təşkil edib. Məclis sədri Cəmil Çiçəkin son dəfə ev sahibliyi etdiyi qəbula, Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan İstanbuldakı "Barış Zirvəsi" səbəbiylə qatılmayıb.
CHP (Cümhuriyyət Xalq Partiyası) sədri Kamal Kılıçdaroğlu, HDP(Xalqların Demokratik Partiyası) və Baş Qərargah sədrinin də iştirak etmədiyi qəbulda, əsgərləri Hərbi komandirlər təmsil edib.
1915-ci il hadisələri 23 Aprel qəbulunda da siyasətçilərin gündəmində olub.
Baş nazir Əhməd Davudoğlu, Rusiya Dövlət Başçısı Vladimir Putinin 1915-ci il hadisələriylə əlaqədar “soyqırım” ifadəsinə sərt reaksiya verərək, lazımlı tədbirlər görüləcəyini söyləyib.
Putin və Fransa prezidenti Fransua Ollandın Ermənistandakı tədbirlərdə iştiraklarını tənqid edən Baş nazir, bunun MİNSK Qrupunun tərəfsizliyinə kölgə saldığını da bildirib.
Baş nazirin müavini Yalçın Akdoğan da, Putinin fikirləri barədə, “Ölkələrin soyqırım şərhləri əlbəttə ki, bizi təəsüfləndirir, bu ölkələrlə bizim güclü ikitərəfli əlaqələrimiz var”, deyə qeyd edib.
MHP (Milətçi Hərəkat Partiyası) sədri Devlət Bahçeli isə, Amerika və Avropanın soyqırım ifadəsini istifadə etmǝsi mövzusuyla bağlı, “Bu məsələ artıq Türkiyənin gündəmində olmamalıdır”, deyə bildirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr