Bu gün 23 aprel Milli Suverenlik və Uşaq Bayramı

Gələcəyin ümidi olan uşaqlar, bu gün liderlərin yerlərində oturacaq

247337
Bu gün 23 aprel Milli Suverenlik və Uşaq Bayramı

Bu gün Mustafa Kamal Atatürkün uşaqlara hədiyyə etdiyi Milli Suverenlik və Uşaq Bayramı, ölkə daxilində müxtəlif şənliklərlə qeyd olunacaq.
Dünyanın hər tərəfindən gələn uşaqlar Anıtkabiri ziyarət edəcək.
Dövlət nümayəndələri də Anıtkabirə gedərək Cümhuriyyət Qurucusu Atatürkə hörmət və ehtiramlarını bildirəcəklər. Bundan başqa, 23 aprel münasibəti ilə Məclisdə xüsusi iclas da keçiriləcək. Prezident Rəcəb Tayyib Ərdoğanın da qatılacağı iclasda, siyasi partiya nümayəndələri çıxış edəcək. Məclisdəki toplantılar, axşam saatlarında keçiriləcək 23 aprel ziyafəti ilə sona çatacaq.
Gələcəyin ümidi olan uşaqlar, bu gün liderlərin yerlərində oturacaq.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr