Prezident Ərdoğan İrana nəzərdə tutlan səfəriylə bağlı açıqlaması

Prezident Rəcəb Tayyib Ərdoğan Aprelin 7-dә İrana nəzərdə tutlan rəsmi səfəriylə bağlı:

287782
Prezident Ərdoğan İrana nəzərdə tutlan səfəriylə bağlı açıqlaması

Prezident Rəcəb Tayyib Ərdoğan Aprelin 7-dә İrana nəzərdə tutlan rəsmi səfəriylə bağlı;

- "Proqramımızı qoruyuruq, Yəməndəki hadisələr də diqqət mərkəzimizdədir" deyib.

Martın 25-dən 26-na keçən gecə Səudiyyə Ərəbistanının və Fars körfəzinin digər ölkələrinin daxil olduğu beynəlxalq koalisiyanın Yəmənin böyük hissəsinə nəzarət edən Husilərə qarşı həyata keçirdiyi hərbi əməliyyata toxunan Ərdoğan, İrana bu ölkədəki qüvvələrini geri çəkməsini tövsiyə edib.

İranın bölgədə dominant ölkə oldmaq arzusunda olduğunu deyən prezident, Tehran rəhbərliyinin bu niyyətinin qəbul edilə bilməz olduğuna diqqət çəkib.

Ərdoğan, İran rəsmilərinin onun bu sözlərinə verdiyi reaksiayaya toxunub.

Prezident, Slovenyaya səfəri ərəfəsində İstanbul Atatürk Havalımanında;

- "Mövqeyimiz , Yəmənin ərazi bütövlüyünün qorunması, həm daxili həm də kənardan müdaxilənin yolverilməz olduğundan ibarətdir" deyib.

Yəmənin ərazi bütövlüyünə müdaxilə edənlərin bu ölkədən əl çəkmələrinin vacib olduğunu vurğulayan Ərdoğan;

- "Bu məsələylə bağlı İran iki fərqli mövqe nümaiş etdirdi, lakin bu kəslər bizim həmsöhbətimiz deyil. Gedərik və ya getmərik. Bizim səfərlərimizi o şəxslər təyin edə bilməz. Bu qərarı yalnız biz verə bilərik " deyib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr