AKP-nin baş idarəsində İqtisadi Koordinasiya Məclisi

Təxminən dörd saat sürən iclasda iqtisadi inkişafla bağlı ümumi qiymətləndirmələr edilib.

288482
AKP-nin baş idarəsində İqtisadi Koordinasiya Məclisi

  Baş nazir Davudoğlunun sabah (31 mart, çərşənbə axşamı) məşğulluğun artırılması və gəlir məsələlərilə bağlı yeni addımların yer aldığı paketin ictimaiyyətə təqdim edəcəyi gözlənilir.

  Əhməd Davudoğlu Seçki Bəyannaməsinin qaralama mətni üzərində də dəyərləndirmələr aparıb, bəyannamənin ən əhəmiyyətli başlıqlarıdan birinin yeni Konstitusiya olduğunu diqqətə çatdırıb.

  Baş nazir Prezidentlik sisteminin yer aldığı bu bölümü şəxsən özünün yazdığını bildirib.

  Yeni Konsitisiyada həll prosesi, demokratiya, birlikdə yaşama və ictimai həyat məsələləri də önə çıxan maddələr içərisindədir.

  Seçki Bəyannaməsini baş nazir Əhməd Davudoğlu qarşıdakı günlərdə açıqlayacaq.

  Millət vəkilliyinə namizədin namizədi ilə bağlı işlər də davam edir. Bir neçə günə 550 millət vəkili namizədi müəyyən olunacaq. Siyahı 7 apreldə Ali Seçki Komissiyasına veriləcək və seçki marafonu fəaliyyətə başlayacaq.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr