Hərbi təyyarə qəzaya uğrayıb

Konyanın Qaratay qəsəbəsində hərbi təyyarə qəzaya uğrayıb.

249318
Hərbi təyyarə qəzaya uğrayıb

Konyanın Qaratay qəsəbəsində hərbi təyyarə qəzaya uğrayıb.
Türk Silahlı Qüvvələrinə aid F-14 tipli təlim təyyarəsi Konyanın Qaratay qəsəbəsində qəzaya düşməsi nəticəsində 2 əsgər şəhid olub.
Təyyarə, Türk Hava Qüvvələri ilə Azərbaycan Hərbi-Hava Qüvvələrinin bu səhər başlayan ‘‘Turaz Şahini 2015’’ ortaq manevrinə qatılırdı.
Qeyd edək ki, bölgəyə axtarış-xilasetmə qrupları sövq edilib.
Hadisə ilə bağlı istintaq aparılır.

Prezident Rəcəb Tayyib Ərdoğan, Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək ,Baş nazir Əhməd Davudoğlu və Baş Qərargah Rəisi General Necdət Özəl hadisə ilə bağlı başsağlığı mesajı yayımlayıblar.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr