2 hərbi təyyarə dumandan yerlə-yeksan oldu

Malatyada təlim uçuşu həyata keçirən 2 hərbi təyyarə duman ucbatından qəzaya uğrayıblar.

236322
2 hərbi təyyarə dumandan yerlə-yeksan oldu

  Təyyarədəki 4 Türkiyəli təyyarəçi şəhid olub.

  Hadisə belə baş verib. Malatya 7-ci Ana Jet bazasında dünən axşam saat 6 radələrində planlı gecə təlim uçuşu üçün havaya qalxan 2 RF və 4 E kəşfiyyat təyyarələrilə təxminən 7 sıralarında birdən radar əlaqəsi kəsilib. Elə o dəqiqə xilasetmə qrupları fəaliyyətə keçib.

  Jandarmanın baş komandiri orgeneral Abdullah Atay qəzanın baş verdiyini eşidər-eşitməz Malatyaya gedib.

  Saat 20:45 radələrində 2 təyyarənin dağıntısına Akçadağ mahalının İkincilər mövqeyində ortaya çıxıb.

  Acı xəbəri ictimaiyyətə bu gün Türk Silahlı Qüvvələri çatdırıb. Verilən açıqlamada deyilir: "İki təyyarə yerə düşərək parçalanıb, 4 təyyarəçi dünyasını dəyişib. Bu qəza nəticəsində şəhid olan təyyarəçiləri Allah rəhmət eləsin. Kədərli ailəsi, Türkiyə Silahlı Quvvələri və uca Türk millətinə isə Allahdan başsağlığı diləyirik." 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr