Türkiyə, robot cərrahiyyəni Avropaya öyrədir

Türkiyədə robot cərrahyyəsi ilə bir çox sahədə müvəffəqiyyətli əməliyyatlar edən cərrahlar, bu təcrübələrini həm ətraf, həm də Avropa ölkələrindəki həmkarlarına öyrədir.

228833

Acıbadem Universitetinin Maslak Şöbəsi Üroloji şöbəsi Kordinatoru Prof. Dr. Ali Rıza Kural, İspaniyadan gələn 80 urolog üçün seminar təşkil etdiyini ifadə edib.
Kural, 3 ildir İspaniyadan 1 günlük təlim seminarları tələb edildiyini bildirərək, 2013-ci ildə ilki keçirilən söz mövzusu yığıncağında robot cərrahiyə ilə prostat xərçəngi müalicəsi və sidik qaçırma əməliyyatları mövzusunda məlumatlar verildiyini söyləyib.
Təhsil toplantısının Türkiyədə keçirilməsinin qürurverici olduğunu ifadə edən Kural, Türkiyənin robot cərrahiyədəki təcrübəsinin Avropada və bütün dünyada bilindiyini ifadə edib.
Türkiyədə tibbi xidmətin və təhsilin keyfiyyətinin artdığını vurğulayan Ali Rıza Kural,
‘‘Ətraf ölkələrə də xidmət göstərməyə başladıq’’ deyərək, Türkiyədə tibb xidmətindəki keyfiyyətin artdığını dilə gətirib.

Etiketlәr:

Әlaqәli Xәbәrlәr