Türkiyə Orta Amerika və Karib Hövzәsi ilә əlaqələrini güclәndiri

Rəcəb Tayyib Ərdoğan, Cənubi Amerika ölkələri- Kolumbiya, Kuba və Meksikaya səfər edib.

214709
Türkiyə Orta Amerika və Karib Hövzәsi ilә əlaqələrini güclәndiri

Türkiyə Orta Amerika və Karib Hövzәsi ilә əlaqələrini güclәndirir
Prezident Rəcəb Tayyib Ərdoğan, Cənubi Amerika ölkələri- Kolumbiya, Kuba və Meksikaya səfəri əvvəlində İstanbul Atatürk Havalımanında jurnalistlәrin suallarını cavablandırıb.
Latın Amerika ilә әlaqәlәri inkişaf etdirmәk Strategiyasının güclәndirildiyini ifadə edən Ərdoğan, "Orta Amerika və Karib Hövzәsiylә bütün sahәlәrdә әmәkdaşlığın dәrinlәşdirilmәsi istiqamәtindә lazımlı addımların atılacağını qeyd edib.
Prezident səfəri çәrçivәsindә baş tutacaq görüşlәrdә ticarət hәcminin artırılması istiqamətindә atılası addımlar, Meksika və Kolumbiya ilə Sərbəst Ticarət Razılaşması, Türk Hava Yollarının bölgəyə birbaşa tәyyarә relslәrinin açılması kimi mövzuların müzakirә olunacağını söylәyib.
Bölgədə Türk mədəniyyətinə və seriallarına göstәrilәn marağın hər ötәn gün daha da artdığını müşahidә etdiklәrini ifadә edәn prezident Әrdoğan bildirib ki, ziyarətim çәrçivәsindә, dəyərlərimizi, tariximizi, mədəniyyətimizi layiqincə əks etdirәn serialların İspan dilinә tәrcümә edilmәsi istiqamәtindә dә bәzi addımlar atacayıq.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr