Yunanıstan hökumǝtinǝ çağırış:"Lozanna müqavilǝsinǝ riayǝt edin"

Elm, Sǝnaye vǝ Texnologiya naziri Fikri İşık Yunanıstanı Lozanna müqavilǝsinǝ ǝmǝl etmǝyǝ çağırıb.

205611
Yunanıstan hökumǝtinǝ çağırış:"Lozanna müqavilǝsinǝ riayǝt edin"

Elm, Sǝnaye vǝ Texnologiya naziri Fikri İşık Yunanıstanı Lozanna müqavilǝsinǝ ǝmǝl etmǝyǝ çağıraraq deyib ki, ölkǝdǝki Türk icmasının seçdiyi müftini tanımayıb, rǝsmi müfti tǝyin etmǝyin mǝntiqi bir açıqlaması yoxdur.
Nazir Kocaeli şǝhǝrindǝ Qǝrbi Trakya Türklǝri Hǝmrǝylik Cǝmiyyǝtinin konqresindǝ çıxış edǝrǝk deyib ki, Türkiyǝdǝ yaşayan hǝr kǝsin hüquqlarına hörmǝtlǝ yanaşılır. Yunanıstanın da Lozanna müqavilǝsinǝ riayǝt etmәsi vacibdir. Yeni hökumǝt müqavilǝnin ǝsaslarına sadiq qalmalıdır.
“Qǝrbi Trakyaya gǝldiyim zaman şǝxsǝn şahid oldum ki, ordakı Türk icmasının seçdiyi müfti tanınmayıb, әvәzindә dövlǝt rǝsmi müfti tǝyin edib. Bunun mǝntiqi heç bir açıqlaması yoxdur”-deyǝ nazir Fikri İşik vurğulayıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr