"PEGİDA vә İŞİD Orta əsrdən qalma düşüncəyə sahibdir"

Davudoğlu Almaniyanın “Frankfurter Allgemeine Zeitung” qəzetinə müsahibə verib.

185952
"PEGİDA vә İŞİD  Orta əsrdən qalma düşüncəyə sahibdir"

Davudoğlu Almaniyanın “Frankfurter Allgemeine Zeitung” qəzetinə müsahibə verib.

Baş nazir Əhməd Davudoğlu Almaniyaya səfəri zamanı “Frankfurter Allgemeine Zeitung” qəzetinə müsahibə verib.

Müsahibədə PEGİDA ilə İŞİD-i müqayisə edən Davudoğlu, ikisinin də Orta əsrdən qalma düşüncəyə sahib olduğunu söyləyib. İŞİD təşkilatının Mosulun yalnız Müsəlmanlara aid olduğunu irәli sürәrәk kilsələri dağıtdığını xatırladan baş nazir Davudoğlu, Mosulda tarix boyunca xristianların da yaşadığını xatırladıb. PEGİDA-nın da, Almaniyanın yalnız xristianlara aid olduğu düşüncəsi ilə hərəkәt etdiyini bu fəlsəfənin müsəlmanlar üçün deyil, eyni zamanda Almaniya üçün də təhlükə yaratdığını bildirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr