Ortaq hərbi təlim

Ankaranın Gölbaşı rayonunda Türkiyə, Əfqanıstan və Pakistanın Xüsusi Qüvvələri ortaq hərbi təlim keçirib.

209454
Ortaq hərbi təlim

Ankaranın Gölbaşı rayonunda Türkiyə, Əfqanıstan və Pakistanın Xüsusi Qüvvələri ortaq hərbi təlim keçirib.
Xüsusi Qüvvələr komandirliyində təşkil edilən təlimə Türkiyədən hücum helikopteri, dörd S-70 helikopteri və bir təyyarə qatılılıb. Təlimdə Əfqanıstan və Pakistandan da xüsusi qüvvələr qrupu iştirak edib.
Təlimdə ssenari qurularaq iki terroristin hücum təşkil etdiyi evdə əməliyyat aparılıb. İkinci hissədə isə zəlzələdə dağıntı altında qalan qızı xilas etmək məqsədilə Türkiyə, Əfqanıstan və Pakistan axtarış xilasetmə qruplarının birgə işi keçirilib.
Təlimdə girov xilasetmə əməliyyatı da təşkil edilib. Xüsusi qüvvələr bir binadakı girovu xilas ediblər.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr