İqtisadiyyata 9 yeni dəstək

Baş nazir Əhməd Davudoğlu ilk planda həyata keçiriləcək proqramları açıqlayıb.

184652
İqtisadiyyata 9 yeni dəstək

Baş nazir Əhməd Davudoğlu ilk planda həyata keçiriləcək proqramları açıqlayıb və başlıca hədəfin ölkədəki məhsuldarlığı artırmaq və davamlı inkişafı təmin etmək olduğunu deyib. Baş nazir, 2018-ci ilin sonunadək cari kəsiri 5,2, işsizlik nisbətini isə 7 faiz azaltmağı qarşıya məqsəd qoyulduğunu diqqətə çatdırıb. Baş nazir Əhməd Davudoğlu, Ankara Palasda keçirilən mətbuat konfransında, sektorlara konvensiya proqramının hədəflərini açıqlayıb. Bildirilib ki, 25 sahədən ibarət geniş əhatəli konvensiya proqramının 9 maddəsindən birincisi idxaldan asılılığın azaldılmasıdır. Eyni zamanda texnologiya sahələrində ticariləşdirmə proqramı ilə enerji, səhiyyə, hava, rabitə sahələrində texnologiya sərmayələri dəstəkləniləcək. Texnologiyanı inkişaf etdirmə və yerli istehsal proqramı ilə ictimai alqı-satqılarda orta-yüksək və yüksək texnologiyalı sektorlardakı yerli firmaların paylarının artırılması nəzərdə tutulub. O cümlədən enerji sahəsində vacib işlər görülməsi nəzərə alınıb. 2018-ci ildə enerji istehsalındakı yerli qaynaq payını 35 faizə çatdırmaq gözlənilir. Kənd təsərrüfatı sahəsində isə məhsuldarlıqın artırılması və suya qənaət qarşıya məqsəd qoyulur. Konvensiya proqramında qarşıda duran məsələrdən biri də səhiyyədir. 2018-ci ilin sonunda tibbi avadanlıqların 20 faizi, dərman preparatlarının isə 60 faizi yerli istehsal hesabına həyata keçiriləcək.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr