AKP-nin ilk seçki qələbəsinin 12-ci ildönümüdür

Bu gün AK Partiyanın ilk seçki qələbəsinin 12-ci ildönümüdür.

179246
AKP-nin ilk seçki qələbəsinin 12-ci ildönümüdür

Bu gün AK Partiyanın ilk seçki qələbəsinin 12-ci ildönümüdür
12 ildir fasiləsiz iqtidarda olan AK Partiya, Türkiyəni 2023-ə aparan partiya olmaq hədəfi ilə yoluna davam edir.
2001-ci avqust 14-də yaradılan AK Partiya, 15 ay sonra 2002-ci il noyabrın 3-də ümumi seçkilərdə ilk dəfə siyasi arenada özünü göstərib. Səslərin 34 faizini qazanan AK Partiya, seçkilərdə ən yüksək səs toplayan partiya oldu. Dövlət başçısı Əhməd Necdət Sezərin 58-ci höküməti Abdullah Gülə təhvil verməsi ilə yanaşı 2002-ci il noyabrın 18-də iqtidar partiyası oldu. Qısa müddət sonra da hərəkatın lideri Rəcəb Tayyib Ərdoğan, 59, 60 və 61-cı hökumətlərin baş naziri olaraq partiyasının plankasını yüksəltdi. 12 illik AK Partiya Türkiyədə sağlamlıq, nəqliyyat, təhsil, mətbuat, əkinçilik, ticarət və digər sahələrdə əhəmiyyətli rol oynayşb. Məktəblər, universitetlər, xəstəxanalar, yollar yenilənıb. Bunlardan Marmaray tuneli, Yavuz Sultan Səlim Körpüsü, Boğaz balon keçid, Körfəz kəsişməsi, Rize-Ərzurum magistral yolu, Ovit Tuneli kimi qlobal layihələri misal gətirmək olar. İqtisadi sahədə isə Türkiyə, dünyada 17-ci yerdədir. Ğlkidi adam başına düşən milli gəliri 2017-ci ilin sonunda 12 min 229 dollara çatdırmaq qarşıya məqsəd qoyulub. Baş nazir Rəcəb Tayyib Ərdoğanın Türkiyənin 12-ci prezidenti seçilməsindən sonra AK Partiya, yoluna yeni sədr və Baş nazir Əhməd Davudoğlunun başçılığı ilə davam edir.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr