Baş nazir Davudoğlu: "Türkiyә, İraq vә Suriyanın parçalanmasını istәmir"

Baş nazir Əhməd Davudoğlu Əl-Cəzirə televiziya kanalına verdiyi müsahibənin ikinci hissəsindә həll prosesini qiymәtlәndirib.

167277
Baş nazir Davudoğlu: "Türkiyә, İraq vә Suriyanın parçalanmasını istәmir"

Baş nazir Əhməd Davudoğlu Əl-Cəzirə televiziya kanalına verdiyi müsahibənin ikinci hissəsindә terrorun sona çatması üçün hәyata keçirilәn həll prosesini qiymәtlәndirib. Davudoğlu, “Proses ilә әlaqәli tәrәflәrin üzərinə düşəni etsələr qarşıdakı aylarda istənilən nәticә әldә edilәr” deyib.
Türkiyə Misir əlaqələrini dә tәhlil edәn baş nazir "Bizim prinsipial mövqeyimiz Misir xalqına qarşı deyil ölkәdә hәrbi çevrilişi hәyata keçirәnlәrә qarşıdır" deyə vurğulayıb.
Yaxın Şərqdə cәrәyan edәn hadisәlәrә toxunan baş nazir hərbi üsulların yayılması, bölgədә sabitlik, dinclik və təhlükəsizliyә mənfi təsir edir. Ortaşәrqdә məzhəb toqquşmaları hәr ötәn gün alovlanır. Əsrlərcә bir yerdə yaşamış olan qövmlər, millətlər, irqlər bir-birlərindən qoparılır. Türkiyәnin әsas mәqsәdi təkrar bir çox mәdәniyyәtin beşiyi Yaxın Şərq bölgəsini yaratmaqdır deyib.
Davudoğlu, "ölkənizdəki Suriyalı qaçqınlar Türkiyəyə yük tәşkil edәrmi” sualına, "Suriyalı qaçqınlar səbəbindən bir çox iqtisadi, sosial problemlərlə qarşı-qarşıyayıq. Ancaq Suriyalı qardaşlarımızı yük olaraq görmədik" deyə cavab verib. Türkiyədəki Suriyalılara təhsil imkanı yaradıldığını, onların imtahansız və pulsuz olaraq Türkiyədəki universitetlərdə tәhsil almağa başladıqlarını, Bir çox Suriyalı üçün müvəqqəti iş icazəsi dә veriləcəyini qeyd edib. Türkiyə, İraq və ya Suriyanın әrazi bütövlüyündәn tәrәfdir deyib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr