Türkiyә xalqı bu gün prezidentini seçir

Türkiyədə bu gün keçirilәn prezident seçkisində 52 milyon 894 min 115 seçici, 165 min 108 seçki mәntәqәsindә sәs hüququndan istifadә edәcәk.

85117
Türkiyә xalqı bu gün prezidentini seçir

Türkiyәdә Prezident ilk dəfə xalq tәrәfindәn seçilir.
Türkiyədə bu gün keçirilәn prezident seçkisində 52 milyon 894 min 115 seçici, 165 min 108 seçki mәntәqәsindә sәs hüququndan istifadә edәcәk.
Seçkidə, Әdalәt vә inkişaf Partiyanın namizədi Baş nazir Rəcəb Tayyib Ərdoğan, Cumhuriyyәt xalq partiyası vә Millәtçi hәrәkәt partiyasının ortaq namizədi Ekmələddin İhsanoğlu, Xalqların Demokratik partiyanın namizədi Səlahəddin Demirtaş yarışır.
Bu sәbәblә sәs bülletenlәrindә 3 namizədin fotoşəkilləri yer tutur. Ali seçki şurası tәrәfindәn püşk atma yolu ilә müәyyәnlәşdirilәn sıraya görә sәs bülletenlәrindә birinci sırada Ərdoğan, ikinci sırada Demirtaş, üçüncü sırada İhsanoğlunun fotoşəkili çap olub.
Bütün Türkiyədə saat 08-00dә başlayan sәs vermә işi saat 17.00 də sona çatacaq.
Digәr tәrәfdәn xaricdə yaşayan Türkiyә vәtәndaşlarının səs hüququ davam edir. Gömrük mәntәqәlәrindә bu gün saat 17- ә dәk sәs verilә bilәcәk.
Ölkә xaricindә yaşayan vətəndaşların verdiklәri və təyyarələrlə Ankaraya gətirilən səslәrin tәsnifat işi, Türkiyədəki seçki tamamlandıqdan sonra başlayacaq. Ali seçki şurası, Prezident seçkisinin müvəqqəti nəticələrini sabah, konkret nәticәlәri isә 15 Avqustda açıqlayacaq. Birinci turda səslərin əksəriyyətini toplayan namizəd Türkiyə Respublikasının 12-ci prezidenti olacaq. İlk turda namizәdlәrdәn birinin prezident seçilmәmәsi halda ikinci tur keçirilәcәk. Bu turda xaricdә vә gömrük mәntәqәlәrindә səs vermə əməliyyatı 17 Avqustda başlayacaq vә 20 Avqustda sona çatacaq. Ölkә daxilindә isә vətəndaşlar 24 Avqust Bazar günü yenidәn sәs verәcәk.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr