Davudoğlunun Qǝzza üçün telefon diplomatiyası
Xarici İşlǝr naziri Əhmǝd Davudoğlu, Qǝzza üçün telefon diplomatiyasını davam etdirir.
Xarici İşlǝr naziri Əhmǝd Davudoğlu, Qǝzza üçün telefon diplomatiyasını davam etdirir.
Nazir, ABŞ Dövlǝt katibi John Kerry, Qatar Xarici İşlǝr naziri Əl-Atiyyǝ, Fǝlǝstin Dövlǝt başçısı Mahmud Abbas vǝ İslam Əmǝkdaşlıq Tǝşkilatının Baş katibi İyad Mǝdǝni ilǝ telefonla danışıb.
Telefon danışıqlarının ǝsasını, İsrailin Qǝzzaya yönǝldilmiş hücumları tǝşkil edib. Fǝlǝstin xalqının tǝzyiq altında tutula bilmǝyǝcǝğinǝ işarǝ edǝn Davudoğlu deyib ki, Fǝlǝstin torpaqları fǝlǝstinlilǝrǝ aiddir. Onların sülh vǝ ǝmin-amanlıq içǝrisindǝ gǝlǝcǝyǝ addımlayacağına ümid edirǝm.
Davudoğlu, Qǝzzada atǝşkǝsin tǝmin edilmǝsi mǝqsǝdilǝ Fǝlǝstin Dövlǝt başçısı Mahmud Abbas vǝ İslam Əmǝkdaşlıq Tǝşkilatının Baş katibi İyad Mǝdǝni ilǝ dǝ telefonla danışıb.
Nazir, ayrıca Qüdsdǝ olan Türkiyǝnin Qızıl Aypara Cǝmiyyǝtinin müdiri Mehmet Güllüoğlu ilǝ görüşǝrǝk Qǝzzaya yardımlar barǝdǝ mǝlumat alıb.
Әlaqәli Xәbәrlәr

Türkiyədə "Covid-19"la bağlı son vəziyyət (18 aprel)
Türkiyənin yeni növ koronavirus ilə mübarizəsində son 24 saatda 318 ölüm faktı qeydə alınıb.

Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb
Türkiyənin Milli Müdafiə Nazirliyi terrorçulara qarşı aparılan mübarizə ilə bağlı paylaşım edib.