İran prezidenti Hәsәn Ruhaninin Türkiyәyә sәfәri başlayır

Həsən Ruhani prezident Abdullah Gülün dəvətinә görә bu gün Ankarada sәfәrdә olacaq.

156983
İran prezidenti Hәsәn Ruhaninin Türkiyәyә sәfәri başlayır

İran dövlәt başçısı Həsən Ruhani prezident Abdullah Gülün dəvətinә görә bu gün Ankaraya sәfәrә gedir.
Ruhaninin Ankaraya sәfәri zamanı baş tutacaq danışıqlarda әsas müzakirә mövzularının başında enerji və ticarət yer tutacaq.
Türkmən qazının İran və Türkiyə әrazilәrindәn, İran tәbii qazının isә Türkiyə üzərindən Avropaya çatdırılması, Türkiyәnin Iğdır vilayәtindә qurulması planlanan ortaq sənaye bölgəsi layihəsi kimi mövzular tәhlil edilәcәk.
İki gün davam edәcәk sәfәr, ikitərəfli ticarət həcminin artmasına töhvә verәciyi baxımından əhəmiyyət daşıyır.
Qeyd edәk ki, 2023-ci ilə qədər iki ölkə arasındakı ticarət həcminin 30 milyard dollara çıxarılması nəzərdə tutulur.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr