Rum rәhbәrliyinә 90 milyon avro tәzminat

Avropa İnsan Haqları Mәhkәmәsi 1974-cü il Qıbrıs Sülh Hәrәkatına görә Türkiyәnin Rum rәhbәrliyinә 90 milyon avro tәzminat ödәmәsinә qәrar verib.

66879
Rum rәhbәrliyinә 90 milyon avro tәzminat

Avropa İnsan Haqları Mәhkәmәsi 1974-cü il Qıbrıs Sülh Hәrәkatına görә Türkiyәnin Rum rәhbәrliyinә 90 milyon avro tәzminat ödәmәsinә qәrar verib.

Strasburgdakı mәhkәmә Rum rәhbәrliyinin 1994-cü ildәki müraciәtini 1996-ci ildә qәbul etmişdi.

2001-ci ildә qәbul edilәn qәrarda da Türkiyәnin günahkar olduğu qәbul edilmiş, lakin tәzminat cәzası ilә bağlı qərarın tәxirә salındığı açıqlanmışdı.

Rum rәhbәrliyi tәzminat məsələsində 2011-ci ildә Avropa İnsan Haqları Mәhkәmәsinә yenidәn müraciәt etmişdi.

Qәbul edilәn bu qәrarla Türkiyә Strasburg Mәhkәmәsi tәrәfindәn beynәlxalq mәhkәmәdә ilk dәfә tәzminat ödәmәklә cərimələnib.

Xarici işlәr naziri Әhmәd Davudoğlu Türkiyәnin bu qәrara әmәl etmәk mәcburiyyәtindә olmayacağını bildirib, həmçinin qərarın adadakı müzakirә prosesinə mәnfi tәsir edəcəyini vurğulayıb.

Davudoğlu deyib ki, mәhkәminin qәrarı 10 il sonra yenidәn gündәmә gәtirilib. Türkiyә bu qәrarı yerinə yetirmək mәcburiyyәtində deyil. Ölkәmiz üçün bu qәrarın heç bir dәyәri yoxdur vә sәhv zamanda qәbul edilmiş bir qәrardır.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr