“Türkiyə Təqaüdləri” proqramı – 11/2019

"Təqaüd proqramına kimlər müraciət edə bilər?", "Hansı sənədlər tələb olunur?", "Təqaüd nələri əhatə edir?"

1163500
“Türkiyə Təqaüdləri” proqramı – 11/2019

Ötən həftə Xaricdə Yaşayan Türklər və Əqrəba Topluluqları İdarəsinin ən əhəmiyyətli fəaliyyətlərindən biri olan "Türkiyə Təqaüdləri" proqramına dair bəzi ümumi məlumatlar vermişdik. Bu bölümdə sözügedən mövzunu davam etdirəcəyik və “Təqaüd proqramına kimlər müraciət edə bilər?", "Hansı sənədlər tələb olunur?" və "Təqaüd nələri əhatə edir?" kimi suallara cavab verməyə çalışacağıq.

 

 "TÜRKİYƏ TƏQAÜDLƏRİ" PROQRAMI ÜÇÜN TƏLƏB OLUNAN SƏNƏDLƏR

 

 İnternet vasitəsilə ediləcək müraciətlər üçün bütün namizədlər aşağıda sadalanan sənədləri təqdim etməlidirlər:

  • Şəxsiyyət vəsiqəsi/kartı
  • Pasport
  • Namizədin yaxın zamanda çəkilmiş fotoşəkli
  • Ölkəsində verdiyi imtahanın nəticələri (varsa)
  • Diplom, və ya müvəqqəti buraxılış sənədi
  • Ali təhsil illərində aldığı qiymətlərin transkripti
  • Beynəlxalq imtahanların nəticələri (seçilən proqram tərəfindən tələb edildiyi halda, GRE, GMAT kimi)
  • Dil imtahanının nəticələri (seçilən proqram tərəfindən tələb edildiyi halda)
  • Tədqiqat təklifi və apardığınız tədqiqatlara dair yazılı nümunə (yalnız doktorantura müraciətləri üçün)

 

KİMLƏR TƏQAÜD ALA BİLƏR?

 

  • "Türkiyə Təqaüdləri" proqramı bütün ölkələrin vətəndaşlarına açıqdır.
  • Təqaüd üçün lazım olan minimum akademik nailiyyət səviyyəsi:
  • Bakalavr dərəcəsi olan müraciət edənlər üçün: %70
  • Səhiyyə sahələrinə (tibb, stomatologiya və əczaçılıq) müraciət edənlər üçün: %90

 

  • Magistratura və doktorluq dərəcəsi olan müraciət edənlər üçün: %75
  • "Türkiyə Təqaüdlərinə" müraciət edənlərə aşağıdakı meyarlar tətbiq olunur:
  • Bakalavr proqramları üçün 21 yaşın altında olmaq
  • Magistratura proqramları üçün 30 yaşın altında olmaq
  • Doktorantura proqramları üçün 35 yaşın altında olmaq
  • Tədqiqat proqramları üçün 45 yaşın altında olmaq

 

 TƏQAÜD NƏLƏRİ ƏHATƏ EDİR?

 

  • Aylıq cib xərcliyi:
  • Bakalavriat səviyyəsində: aylıq 700 TL
  • Magistratura səviyyəsində: aylıq 950 TL
  • Doktorantura səviyyəsində: aylıq 1400 TL
  • Tədqiqat Təqaüdləri: aylıq 3000 TL
  • Türk Dili Üçün Yay Məktəbi Programı: aylıq 500 TL
  • Dövlət işçiləri və universitet müəllimləri üçün Türk Dilində Ünsiyyət Programı: Aylıq 2000 TL
  • Təhsil xərci
  • Bir dəfəyə məxsus gediş-gəliş təyyarə bileti
  • Yerləşdirmə
  • Bir illik Türk dili kursu


Әlaqәli Xәbәrlәr