"Türkiyə Təqaüdləri" layihəsi - 10/2019

"Türkiyə Təqaüdləri" proqramı dünyanın müxtəlif bölgələrindən olan istedadlı tələbələrə Türkiyənin ən yaxşı universitetlərində tam, və ya qısa müddətli proqramlardan istifadə etmələri üçün verilən və dövlət tərəfindən dəstəklənən proqramdır.

1158710
"Türkiyə Təqaüdləri" layihəsi - 10/2019

Türkiyənin Dostluq Körpüləri proqramında Xaricdə yaşayan Türklər və Əqrəba Topluluqları İdarəsini tanıtmağa davam edirik. Bu bölümdə İdarənin əhəmiyyətli fəaliyyətlərindən biri olan "Türkiyə Təqaüdləri" proqramından bəhs edəcəyik.

 "Türkiyə Təqaüdləri" proqramı dünyanın müxtəlif bölgələrindən olan istedadlı tələbələrə Türkiyənin ən yaxşı universitetlərində tam, və ya qısa müddətli proqramlardan istifadə etmələri üçün verilən və dövlət tərəfindən dəstəklənən, rəqabətə davamlı bir təqaüd proqramıdır.

 "Türkiyə Təqaüdləri"nin məqsədi özünü həm ölkələrarası əməkdaşlığı, həm də cəmiyyətlər arasında ortaq anlayışı gücləndirməyə həsr edən gələcəyin liderlərini yetişdirmək və bu liderləri birləşdirən bir həmrəylik şəbəkəsi yaratmaqdır.

 "Türkiyə Təqaüdləri" ali təhsilin hər mərhələsində bacarıqlı və istedadlı xarici tələbələrə təkcə təhsil təqaüdü verməklə kifayətlənmir, eyni zamanda, həmin tələbələrin universitetə hazırlanma və yerləşdirilməsi proseslərini də əhatə edir.

 "Türkiyə Təqaüdləri" üçün müraciət tarixləri barəsində məlumat "Türkiyə Təqaüdləri"nin rəsmi internet saytında Türk, ərəb, ingilis, fransız, rus, Bosniya, fars və ispan dillərində verilir.

 Hazırda 16 mindən çox tələbəyə təqaüd imkanı təmin edilir. Hər il təxminən 5 min yeni təqaüd verilir. Bu il edilən müraciətlərə nəzər saldıqda, 167 ölkədən 145 min 700 ərizənin daxil olduğu müşahidə edilir. Bu rekord bir rəqəmdir.

 

Bakalavriat, magistratura və doktorantura səviyyələrində verilən təqaüdlərə Türkiyə Respublikası vətəndaşı olmayan şəxslər də müraciət edə bilərlər. Müraciətlər universitetə qəbul prosesini də əhatə edir.

 Namizədlərə 12 universitetdən / proqramdan birini seçmək hüququ verilir.



Әlaqәli Xәbәrlәr