Xaricdə Yaşayan Türklər və Əqrəba Topluluqları İdarəsi - 08/2019

Türkiyənin Dostluq Körpüləri adlı proqramımızda Xaricdə Yaşayan Türklər və Əqrəba Topluluqları İdarəsinin tanıtmağa davam edirik.

1149916
Xaricdə Yaşayan Türklər və Əqrəba Topluluqları İdarəsi - 08/2019

Türkiyənin Dostluq Körpüləri adlı proqramımızda Xaricdə Yaşayan Türklər və Əqrəba Topluluqları İdarəsinin tanıtmağa davam edirik.

Müasir dünyada diaspora fəaliyyətləri artıq yalnız vətəndaşlıq bağları ilə məhdudlaşmır. Rusiya, İngiltərə, Fransa, Hindistan və Çin kimi ölkələrdə ən yaxşı nümunələrini gördüyümüz kimi, diaspora anlayışı tarixi və mədəni bağlara malik olan cəmiyyətləri də ehtiva edən bir kontekstdə genişləndirilir.

 Mühüm bir mədəniyyət və sivilizasiyanın təmsilçisi olan Türkiyənin ortaq dəyərlərə malik olduğu və qardaş hesab etdiyi ölkələr də bu çərçivədə ölkəmizin mədəni diasporasını təşkil edirlər.  Xaricdə Yaşayan Türklər və Əqrəba Topluluqları İdarəsinin yer üzünün böyük bir hissəsini əhatə edən Qardaş Topluluqlarla birgə irsimizi qoruyucu və aramızdakı əməkdaşlığı təşviq edici fəaliyyətləri Türkiyənin tarixi və mədəni dərinliyinə uyğun bir diaspora anlayışını ortaya qoyur. Eyni zamanda, Qardaş Topluluqların vətəndaş diasporası ilə Türk vətəndaş diasporası çox ölkədə yanaşı yaşayır, miqrantların hüquqları uğrunda birgə mübarizə aparırlar. Beləliklə, Türkiyənin vətəndaş diasporası ilə mədəni diasporası bir-birini tamamlayan bir xüsusiyyət qazanır.

 Qardaş Topluluqlaralı aramızdakı münasibətlərə elmi və humanitar əsasda uzun nəfəsli bir yol qazandıran ən əhəmiyyətli işlərimizdən biri "Türkiyə Təqaüdləri" adı altında fəaliyyət göstərən beynəlxalq tələbə fəallığıdır. Əksəriyyəti Qardaş Topluluqlardan gələn beynəlxalq tələbələr Türk universitetlərində ölkələrinin ehtiyacı olan sahələrdə təhsil alaraq, müvafiq ölkələrlə aramızdakı qarşılıqlı fayda və təcrübə mübadiləsi təməlindəki əlaqələrə töhfə verirlər. Bu tələbələr Xaricdə Yaşayan Türklər və Əqrəba Topluluqları İdarəsi olaraq təşkilatlarına dünya miqyasında dəstək verdiyimiz Türkiyə Məzun Dərnəkləri vasitəsilə buraxılışlarından sonra da ölkəmizlə əlaqələrini davam etdirirlər. Beləliklə, dünya miqyasında  təhsilli olma səviyyəsini yüksəldən Türkiyə, eyni zamanda, öz sülh və əməkdaşlıq anlayışı ilə qlobal planda bir "simpatiya diasporası"na da malik olur.

Xaricdə Yaşayan Türklər və Əqrəba Topluluqları İdarəsinin qlobal səviyyəli bu fəaliyyətləri ölkə mənfəətləri ilə beynəlxalq ictimaiyyətin mənafelərinin bir-birinə təzad təşkil etmədiyini, əksinə, bir-birini tamamlayan xarakterdə ola biləcəyini göstərən gözəl nümunələrindəndir.



Әlaqәli Xәbәrlәr